Ukrayna ordusu:"Rusiyanın 5 qırıcısı və hərbi kolonları məhv edilib"

      Ukrayna ordusu:"Rusiyanın 5 qırıcısı və hərbi kolonları məhv edilib"
  01 Mart 2022    Oxunub:1826
Ukrayna dünən Rusiya ordusuna vurduğu zərərlər barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığının açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnikadan ibarət kolonu, yanacaq daşıyan bir kolonunu, hava hücumundan müdafiə sistemini, bir helikopteri və qanadlı raketi vurub.
Qeyd olunur ki, Rusiya qoşunları zenit-raket qüvvələri, HHQ-nin pilotsuz təyyarələrinin hücumları nəticəsində böyük itkilər verib.

Dünyanın ən yaxşı qırıcı pilotu Ukraynada həlak oldu
- İşğalçıların Vasilkov və Brovarıya hava hücumu zamanı ukraynalı qırıcı pilotlar iki rus təyyarəsini nəzarətə götürərək vurublar. Hərbi Hava Qüvvələri ümumilikdə beş qırıcını vurub. İlkin məlumatlara görə, bunlar Su-30 və Su-35-dir. Kiyev yaxınlığında isə zenit raket kompleksi olan Buk M-1 düşmənin qanadlı raketini və helikopterini vurub,-məlumatda deyilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Qırıcı   Müharibə  



Xəbər lenti