|
| Xarkova atılan raket Azərbaycan konsulluğuna ziyan vurmayıb |
Dövlət Fövqəladə Hallar Xidmətinin ilkin məlumatına görə, Xarkov Vilayət Dövlət Administrasiyasının binasının atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb.
“Milli Korpus”un Xarkov bölməsinin rəhbəri Konstantin Nemiçev isə "Telegram"da Dövlət Administrasiyasının binasına və meydana raket hücumunun ağır nəticələrini əks etdirən video yayıb.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov xalqa müraciətində düşmənin son məkrli davranışlarını pisləyib. Raket atışı zamanı şəhərdə komendant saatı başa çatıbmış.
Hazırda mülki itkilərin qiymətləndirilməsi aparılır. Xarkov sakinlərindən sığınacaqları tərk etməmələri xahiş olunur,-məqalədə yazılıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".
Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


