“AvtoVAZ” avtomobillərinin qiymətini kəskin şəkildə qaldırdı

   “AvtoVAZ” avtomobillərinin qiymətini    kəskin şəkildə qaldırdı
  01 Mart 2022    Oxunub:1782
Rusiyanın "AvtoVAZ" şirkəti martın 1-dən etibarən Lada avtomobillərinin qiymətlərini kəskin şəkildə qaldırıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilir ki, yenilənmiş qiymət siyahılarına əsasən, bütün modellər üçün orta artım təxminən 15% təşkil edir.

- Mövcud qiymət siyahısına əsasən, indi Lada Granta-nın minimum qiyməti 685 min rubl (+14%), Vesta - 1 milyon 33 min rubl (+20%), Largus universal - 1 milyon 77 min rubl (+30%) təşkil edir. Bundan başqa Xray 1 milyon 10 min rubl (+22%), Niva Legend - 777 min rubl (+9%), Niva Travel isə 1 milyon 4 min rublolub (+14%).

Bu, yerli brend üçün bir il ərzində ikinci qiymət artımıdır. Əvvəllər qiymət artımı, bir qayda olaraq, 1-3%-i keçmirdi,-məqalədə yazılıb.

Qeyd edək ki, AvtoVAZ iki marka- Lada və Renault üzrə avtomobillər istehsal edir. İstehsal müəssisələri Tolyatti və İjevskdə yerləşir. Lada markası beş model ailəsindən ibarətdir: Vesta, Xray, Largus, Granta və Niva. Brend 20%-dən çox payla Rusiya avtomobil bazarına rəhbərlik edir və 20-dən çox ölkədə təmsil olunur.
Avropa Biznes Assosiasiyasının məlumatına görə, 2021-ci ildə şirkətin Rusiyadakı satışları 2% artaraq 350,7 min avtomobil təşkil edib.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti