Zelenski iki səfiri geri çağırdı

   Zelenski iki səfiri geri çağırdı
  01 Mart 2022    Oxunub:2490
Ukraynanın Prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstandakı səfiri Vasili Sıbenko və Qırğızıstandakı səfiri Nikolay Yaremçuku geri çağırıb.
AzVision.az xəbər verir ki, bunu dövlət başçısı videomüraciətində söyləyib.

"Ukraynaya qarşı təcavüzə haqq qazandırdığına görə Qırğızıstanda olan səfiri, bizə kömək etmək istəyən könüllülərə maneçilik törətdiyinə, sanksiyalara amoral yanaşdığına görə Gürcüstandakı səfirimizi dərhal geri çağırırıq", - Ukrayna lideri vurğulayıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti