Ukraynadan Misirə getmiş azərbaycanlıların diqqətinə !

   Ukraynadan Misirə getmiş  azərbaycanlıların diqqətinə  !
  01 Mart 2022    Oxunub:2147
Azərbaycanın Misirdəki səfirliyi Ukrayna ərazisindən Şarm əl-Şeyx və Hurqada kurort mərkəzlərinə istirahətə gəlmiş vətəndaşlarımıza müraciət edib.
Bu barədə AzVision.az -a səfirliyin konsulluq şöbəsindən məlumat verilib. Bildirilib ki, Ukraynadan getmiş və həmin ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün bütün tədbirlər görüləcək.

Diplomatik nümayəndəliyimiz onlardan konsulluq şöbəsində fəaliyyət göstərən “qaynar xətt”ə müraciət etməyi xahiş edib.

AzVision.az


Teqlər: Ukrayna   Misir  



Xəbər lenti