Xocalıdakı məşhur kadrın müəllifi Ukraynaya köməyə getdi

  Xocalıdakı məşhur kadrın müəllifi  Ukraynaya köməyə getdi
  02 Mart 2022    Oxunub:3322
Azərbaycanın tanınmış və fədakar jurnalistlərindən olan Ağası Hun şəxsi maşını ilə yüzlərlə soydaşımızın, eləcə də Türkiyə vətəndaşının Moldova Ukrayna sərhədindən digər bölgələrə çatdırılmasında iştirak edir. AzVision.az xəbər verir ki, bu barədə feysbuk səhifəsində Azərbaycan diasporunun Odessadakı üzvü Anar Ağazadə məlumat paylaşıb.
"Bu çətin günlərin bir görünməyən qəhrəmanı da var. Ağası Hunu gənc nəsil yaxşı tanımasa da, bizlər bilirik. Birinci Qarabağ savaşında çiynində avtomat savaşı lentə alan, Xocalıdan canını zorla qurtaranları çəkən barmaqla sayılası kişilərdəndir. Dava adamı, savaşların adamı. Ağası bəy öz maşını ilə təmənnasız yüzlərlə soydaşımızın, eləcə də Türkiyə vətəndaşının Moldova Ukrayna sərhədindən digər bölgələrə çatdırılmasında, eləcə də ərzaq və digər təcili ehtiyacların təmin olunmasında durmadan çalışır".

Qeyd edək ki, Ağası Hun Qarabağ, Çeçenistan və Osetiya müharibələrini foto və videoreportajlarla işıqlandıran peşəkar media işçisidir. O, Xocalı soyqırımını ilk dəfə kadrlara alaraq tarixləşdirən operator kimi yaddaşlara həkk olunub.



Şahanə Rəhimli
AzVision.az



Teqlər: Rusiya   Türkiyə   Ukrayna  



Xəbər lenti