Rusiya XTQ-si Ukraynaya belə yeridildi - VİDEO

   Rusiya XTQ-si Ukraynaya belə yeridildi -  VİDEO
  01 Mart 2022    Oxunub:3664
Rusiya Müdafiə Nazirliyi ordunun elit hərbçiləri sayılan xüsusi təyinatlıların Ukraynaya yeridilməsini əks etdirən video yayıb.
AzVision.az xəbər verir ki, videoda üzləri gizlədilən xüsusi təyinatlı mənsublarının nəqliyyat və hücum helikopterində uçması əks olunub.

Belarus Rusiya-Ukrayna müharibəsinə qoşuldu - VİDEO
Sonra onlar Ukraynanın vilayətlərindən birinə yerləşdirilirlər. Sonda gecə saatlarında helikopter uçuşunu əks etdirən kadrlar da nümayiş etdirilib.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqladı. Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Xüsusi-Təyinatlı  



Xəbər lenti