Kiyev teleqülləsi raketlərlə vurulub - VİDEO + FOTO(YENİLƏNİB)

Kiyev teleqülləsi raketlərlə vurulub -  VİDEO + FOTO(YENİLƏNİB)
  01 Mart 2022    Oxunub:4822
Kiyevin meri Vitali Kliçko bu gün teleqülləyə raket zərbəsi endirilməsi barədə danışıb.AzVision.az xəbər verir ki, o teleqülləyə iki raket düşdüyünü deyib.
- Düşmən paytaxta hücum edir! İlkin məlumata görə, iki raketin atılması nəticəsində Kiyev teleqülləsi zədələnib. Teleqülləni elektrik enerjisi ilə təmin edən transformator yarımstansiyası, həmçinin idarəetmə otağı, teleqüllənin özü də zədələnib, - Kliçko deyib.

Prezident Volodimir Zelenski isə zərbələrdən ən azı 5 nəfərin həlak olduğunu deyib.

Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da sosial şəbəkələrdə bu barədə paylaşım edib:

“Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni torpaqları vururlar”.



19:40

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdəki televiziya qülləsini vurub.
AzVision.az xəbər verir ki, bu barədə "Unian” məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən Ukrayna televiziyalarının yayımı dayandırıb.

Rusiya XTQ-si Ukraynaya belə yeridildi - VİDEO
- Ruslar metronun "Doroqojiçi" stansiyası yaxınlığındakı paytaxt teleqülləsini vurublar. Düşmən hücumu nəticəsində mərminin düşdüyü yerdə nəhəng tüstü yaranıb. Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Məlumata görə, mərmi teleqüllədəki yayımın idarəetmə otağına düşüb. Məqsəd həm də işçi heyətini nişan almaq olub. Televiziya yayımında müvəqqəti problemlər var. Yaxın gələcəkdə onlar ehtiyat yayımı işə salacaqlarına söz veriblər, məqalədə yazılıb.





Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti