Lukaşenko Putinə müraciət etdi: "Bizə S-400 verin"

   Lukaşenko Putinə müraciət etdi:    "Bizə S-400 verin"
  01 Mart 2022    Oxunub:2028
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə S-400-lə bağlı müraciət edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o Putindən ölkə ərazisini qorumaq üçün Minskin qərbində yerləşdiriləcək əlavə S-400 sistemlərini tədarük etməyi xahiş edib.

Belarus könüllüləri öz ordularına çağırış etdilər - VİDEO
- Bizim kifayət qədər hərbi texnikamız yoxdu. Yeni S-400 Minskin bir qədər qərbində yerləşdirilməklə ölkəni müdafiə edəcək, - Belarus prezidentinin saytı Lukaşenkonun sözlərindən sitat gətirib. Onun sözlərinə görə, Minsk hazırda tədarük gözləyir.

Qeyd edək ki, bu gün Belarus qoşunlarının Ukraynanın Çerniqov vilayətinə daxil olması barədə görüntülər yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Rusiya   Lukaşenko   Putin  



Xəbər lenti