"Belarusa zərbə endirə bilərik" - Təhlükəsizlik Şurasının katibi

   "Belarusa zərbə endirə bilərik" -    Təhlükəsizlik Şurasının katibi
  01 Mart 2022    Oxunub:1697
"Ukrayna Belarus qoşunlarının işğalına cavab olaraq Belarusdakı hədəflərə zərbələr endirə bilər, ancaq bu yalnız baş komandanın əmri ilə mümkündür".
AzVision.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O, "Qoşunlarımız ölkəmizdə olan texnika və resursları məhv edir. Amma ali baş komandanımız qərar versə, o zaman bu əmr yerinə yetiriləcək. Təbii ki biz bunu edə bilərik" deyərək Ukrayna Belarusdakı obyektlərə zərbə endirə bilərmi sualını cavablandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti