Kanada ukraynalılar üçün 100 milyon dollar ayırdı

   Kanada ukraynalılar üçün    100 milyon dollar    ayırdı
  01 Mart 2022    Oxunub:1706
Kanada ukraynalılara yardım üçün daha 100 milyon Kanada dolları(79 milyon ABŞ dolları-red) humanitar yardım paketi ayıracaq. AzVision.az xəbər verir ki, bu barədə Kanada hökuməti çərşənbə axşamı məlumat yayıb.
Kanada hökumətinin bəyanatında deyilir ki, "Bu, xəsarət alanların müalicəsi, qaçqınların sığınacaqlarda qorunması və dəstəklənməsi, su, kanalizasiya, qida təchizatı, həyat qurtaran infrastrukturun təmin edilməsi də daxil olmaqla, təcili tibbi yardımın göstərməsinə qədər bütün sferalara kömək edəcək".

Ottava bildirib ki, Ukrayna və ukraynalı qaçqınları qəbul edən qonşu ölkələrə də yardım göstəriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kanada  



Xəbər lenti