Fransa Ukraynaya 300 milyon avro göndərir

         Fransa Ukraynaya    300 milyon avro    göndərir
  01 Mart 2022    Oxunub:1621
Fransanın baş naziri Jan Kasteks bəyan edib ki, ölkəsi Ukraynaya təcili iqtisadi yardımlar ayıracaq. O bu istiqamətdə 300 milyon avro göndəriləcəyini deyib.
AzVision.az xəbər verir ki, çərşənbə axşamı Fransa Milli Assambleyasının iclasında çıxış edən Casteks, "Biz həmçinin iqtisadi dəstəyin artırılmasını, o cümlədən 300 milyon avroluq təcili yardımla dəstəyimizi ifadə edirik" deyib.

Kanada ukraynalılar üçün 100 milyon dollar ayırdı
- Biz, həmçinin avropalı tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə yanacaq və hərbi texnika, o cümlədən silahların tədarükü ilə dəstək veririk. Biz bunu nə qədər lazımdırsa, o qədər də davam etdirəcəyik, - Fransa hökumətinin başçısı söyləyib.

Xatırladaq ki, bu gün Kanada hökuməti də Ukraynaya 100 milyon dollar yardım ayırması barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna   Yardım  



Xəbər lenti