Ukraynaya döyüşmək üçün çilingər və müəllimlər də göndərilir- VİDEO

   Ukraynaya döyüşmək üçün çilingər və müəllimlər də göndərilir-    VİDEO
  01 Mart 2022    Oxunub:1667
Ukrayna mediası növbəti dəfə əsirlərlə bağlı məlumat yayıb. xəbər verir ki, yerli saytlar bu gün ukraynalılar tərəfindən əsir alınan qeyri-peşəkar hərbçilərə dair videogörüntüləri dərc ediblər.
Bildirilir ki, artıq qarşı tərəfdən mülki şəxslər də zorla döyüşlərə cəlb edilir.

- Rusiyanın Ukraynaya qarşı döyüşmək üçün göndərdiyi işğal olunmuş ərazilərin bir qrup sakini Donbasda əsir götürülüb.Bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi sosial şəbəkələrə məlumat yayıb.

Ukrayna 2 rus bölüyünü məhv edib, xeyli sayda əsir var - FOTOLAR
Qeyd edilir ki, "Bu gün Donetsk istiqamətində müdafiəçilərimiz Rusiya Federasiyası silahlı birləşmələrinin bir qrup nümayəndəsini əsir götürüblər. Onların işğal olunmuş ərazilərin sakinləri olduğu üzə çıxıb. Həmin şəxslər çilingər, müəllim, sosial işçilər olublar. Kreml hakimiyyəti onların hamısını güc yoluyla səfərbər edərək ordusuna cəlb edir və soyuqqanlılıqla yem kimi qabağa göndərib".



Məlumatda o da deyilir ki, bu gün Azov alayının əsgərləri Donbas çöllərində "kadırovçuları" da layiqincə qarşılayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Əsir  



Xəbər lenti