Rus qoşunları Xarkova girib, döyüş başlayıb
"Rusiya qoşunları Xarkova girib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Tibbi Klinik Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" Telegram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava hücumu xəbərdarlığının elan edildiyi anda baş verib.
Xatırladaq ki, martın 1-də səhər saatlarında Rusiya hərbçiləri Xarkov Vilayət Dövlət Administrasiyasının binasına raket zərbəsi endirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


