"Susmayın, qışqırın" - Zelenskidən yəhudilərə çağırış

 "Susmayın, qışqırın" -  Zelenskidən yəhudilərə çağırış
  02 Mart 2022    Oxunub:2538
Ukrayna prezidenti Vladimir Zelenski bütün dünya yəhudilərini dinc ukraynalıların öldürülməsinə susmamağa və danışmağa çağırıb.

AzVision.az xəbər verir ki o, bu barədə martın 2-də videomüraciətində bildirib.
Babi Yar ərazisinə Rusiya raketinin düşməsindən danışan Zelenski bunun bəşəriyyətin hüdudlarından kənarda olduğunu vurğulayıb.

"Belə bir raket zərbəsi Rusiyada bir çox insanlar üçün Kiyevimizin tamamilə yad olduğunu göstərir. Onların paytaxtımız haqqında, tariximiz haqqında heç nə bilmirlər. Lakin onların tariximizi silmək, ölkəmizi silmək, hamımızı silmək əmri var”, - Zelenski vurğulayıb.

O, Umanın atəşə tutulmasını da xatırladıb.

"İndi mən bütün dünya yəhudilərinə müraciət edirəm: nə baş verdiyini görmürsünüzmü? Buna görə də indiki halda dünyadakı milyonlarla yəhudinin susmaması vacibdir. Nasizm sükut içində doğulur. Ona görə də dinc insanların öldürülməsi barədə qışqırın. Ukraynalıların öldürülməsi barədə qışqırın”, - deyə Ukrayna prezidenti çağır edib.



Şahanə Rəhimli
AzVision.az



Teqlər: Raket  



Xəbər lenti