Rusiya ordusu Xersonda limanı və dəmiryol vağzalını ələ keçirdi

   Rusiya ordusu Xersonda  limanı və dəmiryol vağzalını ələ keçirdi
  02 Mart 2022    Oxunub:2264
"Rusiya ordusu bir gün əvvəl girdiyi Xersonda çay limanını və dəmiryol vağzalını ələ keçirib. Dünən gecə şəhərdə vəziyyət sakit idi, ancaq tək-tək atışma səsləri eşidildi". AzVision.az “Seqodnya” nəşrinə istinadən xəbər verir ki, bunu Xerson şəhərinin meri İqor Kolıxayev deyib.
Məlumata görə,şəhərdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub, bundan sonra orada yanğın başlayıb.

Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində yüzlərlə meyiti toplamaq üçün “yaşıl dəhliz” təşkil etməyi xahiş edib. Həm də Xersona yemək gətirmək lazımdır, çünki anbarlar şəhərdən kənarda yerləşir.

“Azadlıq” radiosuna verdiyi şərhdə Kolıxayev qeyd edib ki, həm hərbçilər, həm də mülki əhali arasında ölən və yaralananlar var. Rus ordusu məktəblərə, hündürmərtəbəli binalara atəş açır, şəhərdə çoxlu partlayış səsləri eşidilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti