Moskva aeroportlarında 190-dan çox reys ləğv edilib

Moskva aeroportlarında    190-dan çox reys    ləğv edilib
  02 Mart 2022    Oxunub:1416
Martın 2-də səhər saatlarında Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda 190-dan çox reys təxirə salınıb və ya ləğv edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Vnukovo hava limanında 9 reys gecikib, 38-i isə ləğv edilib. Domodedovoda 2 reys gecikib, 6-sı ləğv edilib. Şeremetyevoda 9 reys gecikib, 132 reys təxirə salınıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ Rusiya ilə əlaqəli bütün təyyarələr, o cümlədən çarter reysləri üçün hava məkanını bağlayacağını bəyan etdi. Fevralın 28-də isə Avropa İttifaqı istənilən Rusiya təyyarəsinə ittifaqın ərazisi üzərində eniş, havaya qalxma və ya uçuşa qadağa qoydu.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti