Xarkovda universitet və polisin binası vurulub - FOTOLAR+VİDEO

   Xarkovda universitet və polisin binası vurulub -    FOTOLAR+VİDEO
  02 Mart 2022    Oxunub:1806
Ukraynanın böyük şəhərlərindən olan Xarkov növbəti dəfə raket atəşinə tutulub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, martın 2-i səhər saatlarında Xarkovun mərkəzi hissəsinə güclü zərbələr endirilib.

Raket zərbəsindən sonra Suriyanı xatırladan Xarkov - FOTOLAR+VİDEO
- Şahidlərin yaydığı videolardan belə anlaşılır ki, Xarkovda güclü partlayışlar baş verib. Rusiya hərbçilərinin hücumları nəticəsində Mironositskaya küçəsindəki Karazin adına universitetin binası yanıb. Milli Polisin Baş İdarəsinin yerləşdiyi binanın bir hissəsi də yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətindən verilən məlumata görə, yanğın yaşayış binalarına keçib, alovun daha böyük əraziyə genişlənmə təhlükəsi yaranıb. Nazirliyin yaydığı məlumatda deyilir ki, "Xilasedicilər hadisə yerində işləyirlər. İlkin məlumata görə, 3 nəfər xəsarət alıb. 100-ə yaxın xilasedici hadisə yerindədir".

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın desant qüvvələrinin Xarkova yeridilməsi, əsgərlərin onlarla döyüşlərə girməsi barədə məlumat yaymışdı.

Xatırladaq ki,dünən Xarkovda administrasiya binasına da raket zərbəsi endirilmişdi.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti