Ukrayna Azərbaycanlıları Radasında yaradılan qərargahın nömrəsi dəyişdi

   Ukrayna Azərbaycanlıları Radasında yaradılan qərargahın nömrəsi dəyişdi
  02 Mart 2022    Oxunub:1417
Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahın nömrəsi dəyişib. Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi üçün bütün imkanlarını səfərbər edib:
"Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Qərargahın nömrəsi dəyişib. Həmvətənlərimiz aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər: Ukrayna Azərbaycanlıları Radası (Kiyev) +380 (98) 949 70 38. Email: [email protected]".

AzVision.az


Teqlər: Ukrayna   Ali-Rada  



Xəbər lenti