Ukraynanın bərpasına 100 milyard avro lazımdır

   Ukraynanın bərpasına    100 milyard avro    lazımdır
  02 Mart 2022    Oxunub:1467
Avropa İttifaqı Ukraynanın müharibədən sonra 100 milyard avro ilə bərpa edilməsi planını hazırlamalıdır. AzVision.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.
- Bizə Avropa Komissiyasının sədri ilə danışdığım bir bərpa planı lazımdır. Məsələn, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 100 milyard avroluq plan hazırlanmalıdır ki, dağılmış infrastruktur, məktəblər, xəstəxanalar, bombalanmış evlər yaxın zamanlarda bərpa oluna bilsin. - Polşanın baş naziri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti