"Rus anaları övladlarını onlara yad olan ölkədə itirirlər" - Zelenski

 "Rus anaları övladlarını onlara yad olan ölkədə itirirlər" -    Zelenski
  02 Mart 2022    Oxunub:2243
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dünyadan təcrid olunacağını deyib. AzVision.az xəbər verir ki, o, videomüraciətində qeyd edib ki, Rusiya artıq idman turnirlərini və dünya mədəniyyətini unuda bilər, Moskvanı yalnız Beynəlxalq Tribunal gözləyir.
- Rusiya üçün nəticə nədir? Artıq bu dövlətin bayrağı idman turnirlərində görünməyəcək. Müasir dünya mədəniyyəti indi onların üzünə qapalı olacaq. Rusiya malları bütün dünyada mağaza rəflərindən yığışdırılır. Rusiya banklarının qlobal şəbəkədən əlaqəsi kəsilib. Vətəndaşlar isə əmanətlərini, hər hansı perspektivi itirirlər, - Zelenski deyib.

"Susmayın, qışqırın" - Zelenskidən yəhudilərə çağırış
Bundan əlavə, o vurğulayıb ki, rus anaları övladlarını onlara tamamilə yad olan bir ölkədə itirirlər.

- Bu rəqəm haqqında düşünün: demək olar ki, altı min ölü rus, Rusiya hərbçiləri... Özü də müharibənin cəmi altı günü ərzində. Bu, düşmənin ötən gecədəki itkilərini saymadan olan statistikadır. Nə əldə etmək istəyirlər? Ukraynanı almaq? Bu mümkün deyil. Bunu raketlərlə, bombalamaqla, tanklarla, heç bir zərbə ilə dəyişdirə bilməzsən. Biz öz doğma torpağımızdayıq. Bizə qarşı müharibə üçün isə onlara beynəlxalq tribunal olacaq, - prezident deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti