"Yeni bayraqdarlar almışıq" - Ukrayna müdafiə naziri

   "Yeni bayraqdarlar almışıq" -    Ukrayna müdafiə naziri
  02 Mart 2022    Oxunub:2051
Ukrayna Türkiyədən yeni Pilotsuz Uçuş Aparatları(PUA)alıb. AzVision.az xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.
O Türkiyənin yeni pilotsuz təyyarələrinin artıq Ukraynaya gətirildiyini bəyan edib.

- Yeni bayraqdarlar artıq Ukraynaya gəliblər və döyüş növbətçiliyindədirlər. "Stinger" və "Javelinlər"in də sayı artacaq. Avropa bizim arxa cəbhəyə çevrilir və müdafiə üçün vacib ehtiyacları təmin edir, - o, Facebook səhifəsində yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti