Bu gün Rusiya - Ukrayna danışıqlarının ikinci raundu keçiriləcək - YENİLƏNİB
"Rusiya nümayəndə heyəti çərşənbə günü günortadan sonra danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq".
“Bu gün günortadan sonra, axşama yaxın nümayəndə heyətimiz görüş yerində olacaq və ukraynalıları gözləyəcək”, - Peskov bildirib.
Yeni görüşün yeri ilə bağlı dəqiqləşdirici suala isə Kreml nümayəndəsi cavab verib ki, yerin adını öncədən çəkməyəcək.
TASS-ın məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu Belarus ərazisində - Belovejskayada keçiriləcək.
“Mən belə proqnozlar verməyəcəyəm, uzaqgörənlik qabiliyyətim yoxdur”, – deyə Peskov Moskva və Kiyev arasında danışıqlar prosesinin uğurlu olma ehtimalı ilə bağlı suala cavab verib.
“Ümid edək ki, bu baş verəcək. Bizimkilər axşam saatlarında danışıqlar masasına oturmağa hazır olacaq.
Vəziyyəti həll etmək üçün lazım olan bütün şərtlər Rusiya Prezidenti tərəfindən bir neçə dəfə kifayət qədər aydın şəkildə ifadə edilib”.
Peskov Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etməyə davam edəcəyini də bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


