Ukraynada 2 000-dən çox dinc sakin həlak olub

   Ukraynada    2 000-dən çox dinc sakin    həlak olub
  02 Mart 2022    Oxunub:1357
Rusiya qüvvələrinin Ukraynaya hərbi müdaxiləsi nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat yayıb. Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub. Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti