Aİ Rusiyanın 7 bankını SWIFT-dən çıxardı

   Aİ Rusiyanın 7 bankını SWIFT-dən çıxardı
  02 Mart 2022    Oxunub:1304
Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarıb.
AzVision.az xəbər verir ki, Aİ-nin rəsmi jurnalında yayımlanan sənəddə qeyd olunub ki, “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF” qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT-dən ayrılıb.

Eyni zamanda bu banklara avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan olunub.

AzVision.az



Teqlər: SWIFT  



Xəbər lenti