Kiyev və Vışqorod partlayışlardan titrəyir

   Kiyev və Vışqorod partlayışlardan titrəyir
  02 Mart 2022    Oxunub:1402
Bu gün saat 15:00-dan sonra Ukrayna paytaxtının bəzi ərazilərində və onun ətraflarında - Vışqorodda silsilə partlayış səsləri eşidilib.
Hadisə şahidlərinin sözlərinə görə, uzunmüddətli partlayış səsləri eşidilir, insanlar sığınacaqlarda gizlənir.

Vinoqradar sakini bildirib ki, partlayışlar bir-birinin ardınca baş verir. Saat 14:53 və 14:55-də Obolonda iki partlayış olub. Hündürmərtəbəli binanın son mərtəbələri yanır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti