Almaniya Ukraynaya əlavə silah göndərə bilər

   Almaniya Ukraynaya əlavə silah göndərə bilər
  03 Mart 2022    Oxunub:1363
Almaniya hakimiyyəti Ukraynanı öz ehtiyatlarında olan silahlarla təmin etmək imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bunu Bundesverin baş müfəttişi Eberard Çorn bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri NATO-ya tibbi ləvazimatlardan tutmuş sursat və nəqliyyat vasitələrinə qədər çox uzun siyahı göndərib. O, Ukraynaya hərbi dəstəyin vacibliyini qeyd edib:

"Bütün Qərb tərəfdaşları silah, avadanlıq və sursat tədarük edir. Bu, birlikdə çox şeydir. Əgər zenit silahlarının heç olmasa yarısı məqsədə çatsa, bu, oyunu dəyişə bilər".

Almaniya rəsmisi bildirib ki, ölkəsi həmçinin NATO-nun şərq cinahına əlavə qüvvələr yerləşdirə bilər. Söhbət 150-200 dəniz piyadasından gedir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti