Paşinyan: "Rusiya strateji müttəfiqimizdir"

      Paşinyan:   "Rusiya strateji müttəfiqimizdir"
  03 Mart 2022    Oxunub:1438
"Rusiya Ermənistanın strateji tərəfdaşı və müttəfiqi olmaqda davam edir". AzVision.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan diplomat günü və Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
Paşinyan Rusiya ilə əlaqələrin yüksək səviyyədə olduğunu və təbii şəkildə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu inkişaf Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və MDB-də birgə iştirakla gücləndirilir. Onun sözlərinə görə, Ermənistan eyni zamanda ABŞ-la strateji dialoqa başlayıb və normal şəkildə davam edəcəyinə əmindir.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: Paşinyan  



Xəbər lenti