ABŞ Rusiyanın dövlət müəssisələrini "qara siyahı"ya salacaq

   ABŞ Rusiyanın dövlət müəssisələrini "qara siyahı"ya salacaq
  03 Mart 2022    Oxunub:1737
ABŞ-da Respublikaçı senatorlar Marko Rubio və Ças Qrassli Rusiyanın bütün dövlət müəssisələrinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini Senata təqdim ediblər.
AzVision.az xəbər verir ki, bu barədə senator Rubionun saytı ndakı bəyanatda deyilir.

Sanksiyalara Rusiya Prezidenti Vladimir Putinin müharibələrini maliyyələşdirmək üçün Moskvanın sahib olduğu və ya nəzarətində olan şirkətlərin ABŞ kapital bazarına çıxışına qadağa daxildir. Söhbət Rosneft, Qazprom, Rosatom, Aeroflot və RT kimi şirkətlərdən gedir.

"Putin Moskvanın nəzarətində olan dövlət korporasiyalarından aldığı vəsaitlə Rusiyanın döyüş maşınına fəal şəkildə yanacaq verir. O, Ukraynaya hücum edəndə heç bir Rusiya dövlət müəssisəsinin Amerika kapitalına çıxışı olmamalıdır", - Rubio bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ  



Xəbər lenti