Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi üçün geodeziya işlərinə başlayır

   Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi üçün geodeziya işlərinə başlayır
  03 Mart 2022    Oxunub:2513
Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisinə başlamaq üçün geodeziya işlərinə vəsait ayırıb. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
"Təklif olunan layihəyə əsasən, Arazdəyən-Mehridə 43 km uzunluğunda olan hissədə geodeziya işlərinin aparılması üçün tədbirlər həyata keçirmək, gələcəkdə tikinti üçün layihə sifariş edəcəyimiz meyarları dəqiqləşdirmək istəyirik”, - deyə nazir vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Dəmiryolu  



Xəbər lenti