"Ukraynada təhlükəsizliyimizi təhdid edən infrastruktur saxlaya bilmərik"

   "Ukraynada təhlükəsizliyimizi təhdid edən infrastruktur saxlaya bilmərik"
  03 Mart 2022    Oxunub:1680
"Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin təhlükə yaradan infrastrukturun və silahların məhv edilməsi əməliyyatını davam etdirəcək".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə Moskva Kiyevlə təmaslardan yayınmır.

- Biz danışıqlara hazırıq. Lakin əməliyyatımızı davam etdirəcəyik. Çünki biz Ukraynada Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən infrastrukturu saxlaya bilmərik, - nazir Rusiya və xarici KİV-ə müsahibəsində deyib.

Tural Tağıyev
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti