Döyüşlərdən qaçan ukraynalı deputat qaçqınlara sığındı - VİDEO

   Döyüşlərdən qaçan ukraynalı deputat qaçqınlara sığındı -    VİDEO
  03 Mart 2022    Oxunub:1834
Ukrayna mətbuatı deputat Nikolay Tişşenkonu qaçqınlara qoşularaq vəzifəsini atmaqda ittiham edib. AzVision.az xəbər verir ki, saytlar xalq deputatının ölkədə insanların qırıldığı vaxtda öz kefindən qalmadığı üçün qınayıb.
- Ukrayna Silahlı Qüvvələri artıq bir həftədir ki, rus işğalçılarına qarşı mübarizə aparır. Cəsur prezidentimiz Vladimir Zelenski və komandası isə işğalçıya qarşı mübarizəyə rəhbərlik edir, öz xalqını dəstəkləyir və Kiyevdə iş başından ayrılmırlar. Amma heç də bütün dövlət məmurları öz vəzifələrində vicdanlı deyillər.

Məsələn Xalq deputatı Nikolay Tişşenko Zakarpatiyadakı müharibədən qaçıb özünü qaçqın kimi göstərməyi seçib. Xalq deputatı vaxtaşırı "Kosino" sağlamlıq və istirahət kompleksində görünür. Buradakı otaqlar gündə orta hesabla 10 min qrivnaya başa gəlir. Eyni zamanda, Tişşenko qaçqın kimi özü üçün pulsuz yemək tələb etməkdən də çəkinmir.

Təqdim etdiyimizı videoda Tişşenkonun qaçışı ilə bağlı sübutlar var. Videoda xalq deputatının Zakarpatiyadakı kafedə necə oturduğu əks olunub. Deputat kimliyini gizlətmək üçün kepka taxsa da, tanınıb, - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Deputat   Ukrayna  



Xəbər lenti