BMT: Ukraynanı 2 milyondan çox insan tərk edib

      BMT:    Ukraynanı 2 milyondan çox insan tərk edib
  03 Mart 2022    Oxunub:1245
Ukraynada son 7 gündə baş verən münaqişə ucbatından 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, o cümlədən 1 milyon 40 mini qonşu ölkələrdən sığınacaq istəyib.
AzVision.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Cenevrədə BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesablamalarına görə, Ukrayna əhalisinin bir milyonu məcburi köçkünlərdir. Baçelet qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı münaqişənin davam edəcəyi təqdirdə yaxın həftələrdə 4 milyona qədər insanın ölkəni tərk edə biləcəyini hesab edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BMT  



Xəbər lenti