Onun sözlərinə görə, cümə axşamı, martın 3-ü səhər saatlarında rus qoşunları şəhərin mərkəzindəki çoxmərtəbəli yaşayış məntəqəsinə raket zərbəsi endirib. Çaus deyir ki, "Bir çox yaşayış binalarına ziyan dəyib, pəncərələr sınıb, divarlar, damlar, eyvanlar zədələnib. Bəzi yerlərdə divarlar və tavanlar tamamilə dağılıb".
Xilasedicilər hadisə yerində işləyirlər. Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını da vurğulayıb.
- Yaxınlıqda xəstəxanalar, bir neçə məktəb və uşaq bağçası, onlarla hündürmərtəbəli bina var.
Xatırladaq ki, bundan öncə Kiyev və Xarkov da aktiv raket atəşinə tutulmuşdu.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


