Ukraynadan NATO-ya çağırış: "Səmanı bağlayın!"
Bu kontekstdə o qeyd edib ki, Rusiyanın NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcəyinə inananlar xatırlamalıdırlar ki, onlar da Kremlin Ukrayna ilə birbaşa müharibəyə başlamaq planlarına inanmırdılar.
- Və hamı yanıldı. Ona görə də biz dərhal hərəkətə keçməliyik. Səmanı bağlaya bilməzsiniz. Ancaq Ukrayna Silahlı Qüvvələrinin döyüş təyyarələri və zenit müdafiə sistemlərinin təchizatını təmin edə bilərsiniz. Hazırda bütün ssenarilər üzərində işlənilir. Amma hamı başa düşməlidir və biz bunu tərəfdaşlarımıza açıq şəkildə deyirik ki, “Etdiyiniz hər şeyə görə sizə minnətdarıq... Amma indi konkret təhlükə var ki, vətəndaşlarımız havadan öldürülməyə davam edəcək... Ona görə də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün radikal addımlar atmasanız, o zaman ölən vətəndaşlarımızın qanı sizin də əlinizdə olacaq. Sizin təmkinliliyiniz və növbəti addımları atmaq istəməməyiniz - bütün bunlar Rusiyaya cəzasız adam öldürməyə davam etmək imkanı verir”, - XİN rəhbəri vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


