“Dojd” telekanalı işini dayandırdı

   “Dojd” telekanalı işini dayandırdı
  03 Mart 2022    Oxunub:1448
"Dojd" telekanalı fəaliyyətini dayandırır. AzVision.az TASS-a istionadən xəbər verir ki, bu barədə telekanalın baş direktoru Natalya Sindeeva bildirib.
"Qərar verdik ki, telekanalın işini müvəqqəti dayandırırıq. "Müvəqqəti" sözü çox vacibdir. Nəfəs almaq və bundan sonra necə işləməyi başa düşmək üçün bizə güc və vaxt lazımdır", - o, efirdə deyib.

Sindeyevanın sözlərinə görə, telekanal yenidən efirə qayıtmağı planlaşdırır, lakin işin formatı hələ dəqiq deyil.

"Həqiqətən ümid edirik ki, efirə qayıdacayıq. Necə, harada, hansı platformalarda, bunların necə olacağını hələ bilmirik. Və biz işləməyə davam edəcəyik, çünki bunun tamaşaçılarımız üçün nə qədər vacib olduğunu bilirik,- o əlavə edib.

Bundan əvvəl "Roskomnadzor" Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı yaydığı məlumata görə kanalın resurslarına girişi məhdudlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti