Odessadan 170 azərbaycanlı təxliyə olunub - FOTO

   Odessadan 170 azərbaycanlı təxliyə olunub -    FOTO
  03 Mart 2022    Oxunub:1203
Bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessada yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.

AzVision.az xəbər verir ki, bunu Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının rəhbəri Rövşən Quliyev deyib.

Qeyd etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan hökumətinin tapşırığı ilə bağlı digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.



AzVision.az


Teqlər: Odessa  



Xəbər lenti