"Ukrayna danışıqlar aparmaq istəyirsə, Rusiya buna hazırdır" - Zaxarova

  "Ukrayna danışıqlar aparmaq istəyirsə, Rusiya buna hazırdır" -    Zaxarova
  03 Mart 2022    Oxunub:2319
"Əgər Ukraynanın Rusiya ilə danışıqlar aparmaq arzusu varsa, o zaman Moskva buna hazırdır". AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əgər danışıqlardan danışırıqsa, o zaman tərəfin heç olmasa bunda iştirak etmək istəyi olmalıdır. Çünki görürsünüz ki, onlar bəyanatlarında nə qədər qərarsızdırlar– ya iştirak etmək istəyirlər, ya da iştirak etmək istəmirlər. Onların danışmaq və danışıqlar aparmaq istəyi varsa, biz lap əvvəldən buna hazırıq”, - Zaxarova qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti