Ukrayna nümayəndə heyəti Belarusu tərk edib

Ukrayna nümayəndə heyəti Belarusu tərk edib
  03 Mart 2022    Oxunub:1084
Ukrayna nümayəndə heyəti 2 helikopterlə Belarusun Belovejskaya Puşça Milli Parkını tərk edib.
AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Danışıqların ikinci raundu 2 saatdan artıq davam edib. Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski tərəflərin bəzi məsələlərdə razılığa gəldiyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti