Makron yenidən prezidentliyə namizəd olacaq

   Makron yenidən prezidentliyə namizəd olacaq
  03 Mart 2022    Oxunub:1400
Fransa prezidenti Emmanuel Makron gələn ay keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürəcək.
AzVision.az xəbər verir ki, bu barədə Makron fransızlara ünvanladığı açıq məktubda apreldə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək. Martın 4-dək namizədlər ölkənin Konstitusiya Şurasına öz dəstəkləri üçün seçilmiş məmurların ən azı 500 imzasını təqdim etməlidirlər. Martın 7-də Konstitusiya Şurası seçkilərdə iştirak edəcək namizədlərin yekun siyahısını müəyyən edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti