"AES partlayarsa, bunun nəticələri Çernobıldan 10 dəfə pis olacaq" - Kuleba

   "AES partlayarsa, bunun nəticələri Çernobıldan 10 dəfə pis olacaq" -    Kuleba
  04 Mart 2022    Oxunub:1484
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya silahlı qüvvələri Zaporojye atom elektrik stansiyasını hər tərəfdən atəşə tutur.


“Rusiya ordusu Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporjye AES-i hər tərəfdən atəşə tutur. Artıq yanğın başlayıb. Zaporojye atom elektrik stansiyası partlayarsa, bunun nəticələri Çernobıldan 10 dəfə pis olacaq. Ruslar dərhal atəşi dayandırmalı, yanğınsöndürənləri içəri buraxmalı, təhlükəsizlik zonası yaratmalıdırlar!” - Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Twitter-də yazıb.
Xatırladaq ki, daha əvvəl Zaporojye AES-in birinci enerji blokunda Rusiya Silahlı Qüvvələrinin atəşə tutulmasından sonra baş vermiş yanğın barədə məlumat yayılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti