"ABŞ-da Rusiyaya nifrət xeyli artıb" - Səfir

   "ABŞ-da Rusiyaya nifrət xeyli artıb" -    Səfir
  04 Mart 2022    Oxunub:1810
ABŞ-da rusofobiya və Rusiyaya nifrət xeyli artıb. AzVision.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
O artıq ölkədə terrorizmə çağırış edildiyini də söyləyib.

- ABŞ-da rusofobiyanın və Rusiyaya nifrətin dərəcəsinin miqyası xeyli artıb. İnanmaq olmur ki, öz mənəvi dəyərlərini bütün bəşəriyyət üçün "yol göstərən ulduz" kimi təbliğ edən bir ölkənin senatoru Vaşinqtonun beynəlxalq arenada məqsədlərinə çatmasına bir yol kimi terrorizmə çağırış edə bilər, - səfir deyib.

Xatırladaq ki, respublikaçı senator Lindsey Qraham Rusiya Prezidenti Vladimir Putinin öldürülməsinə çağırış etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Səfir   Rusiya  



Xəbər lenti