The Times: "Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub"

      The Times:    "Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub"
  04 Mart 2022    Oxunub:1123
Son bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ən azı üç sui-qəsd olub.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın “The Times” nəşri yazıb. Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.

Belə ki, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sayəsində alınıb. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün gözlənilməz olub.

AzVision.az


Teqlər: Times   Zelenski  



Xəbər lenti