Bu səhər Moskvada 130-dan çox reys ləğv edilib

   Bu səhər Moskvada    130-dan çox reys    ləğv edilib
  04 Mart 2022    Oxunub:1462
Cümə günü səhər Moskvanın üç hava limanında 130-dan çox reys gecikib və ya ləğv edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Vnukovo, Domodedovo və Şeremetyevoda uçuşlarla bağlı ciddi problemlər yaşanır.

- 07:34-ə olan məlumata görə, Vnukovo hava limanında 5 reys gecikib, 54-ü ləğv edilib. Domodedovo-da 8 reys gecikib, 8-i ləğv edilib. Şeremetyevoda isə 12 reys gecikib, 50-si ləğv edilib.

Çərşənbə günü ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyalar olaraq ölkənin hava məkanını rus təyyarələri üçün bağladığını bəyan edib. Qadağa Rusiyada qeydiyyatdan keçmiş bütün təyyarələrə, o cümlədən çarter təyyarələrinə şamil edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moskva   Reys  



Xəbər lenti