Rusiyalı oliqarx Britaniyada ölü tapıldı

  Rusiyalı oliqarx  Britaniyada ölü tapıldı
  04 Mart 2022    Oxunub:1904
Rusiyalı oliqarx Mixail Uotford Böyük Britaniyadakı malikanəsinin qarajında asılmış vəziyyətdə aşkar olunub.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb. Ukraynada dünyaya gələn 66 yaşlı Mixail Uotfordun adı əvvəllər Mixail Tolstoşeya olub.

Neft-qaz sahəsindən qazanc əldə edən iş adamı daha sonra Britaniyaya köçüb, vətəndaşlığını və adını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. Polis əməkdaşları Uotfordun ölümündə hər hansı şübhəli cəhətin olmadığını hesab edirlər.

AzVision.az


Teqlər: Britaniya  



Xəbər lenti