Lukaşenko Putinlə Ukraynanı müzakirə edib

Lukaşenko Putinlə Ukraynanı müzakirə edib
  04 Mart 2022    Oxunub:1028
Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Bildirilib ki, telefon danışığında dövlət başçıları Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları müzakirə ediblər.

"Ukraynada münaqişə bu gün başlayıb, nə qədər çətin olsa da, sabah bitəcək, lakin Belarusa qarşı başlayan hibrid müharibə, xüsusən də iqtisadiyyat və maliyyə sahəsindəki sanksiyalar müharibəsi çoxdandır. Biz bu gün prezident Putinlə iki saat danışdıq”, - Lukaşenka bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Belarus   Ukrayna  



Xəbər lenti