Kuleba: "NATO yardım etməsə, ölümlərə görə məsuliyyəti bölüşəcək"

   Kuleba:   "NATO yardım etməsə, ölümlərə görə məsuliyyəti bölüşəcək"
  04 Mart 2022    Oxunub:1914
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba növbəti dəfə NATO-ya müraciət edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Kuleba hesab edir ki, Rusiya Suriyanı məhv etdiyi kimi Ukraynanı da eyni taktika ilə məhv etməyə çalışır, lakin buna yol vermək olmaz.

"Səmanı bağlamağa gücünüz yoxdursa, təyyarə verin" - Zelenski NATO-ya səsləndi
O, "Dövlətimiz döyüşməyə hazırdır, biz rus işğalına qarşı mübarizəmizi davam etdiririk, lakin Rusiyanın havadakı hücumlarını dəf etmək üçün bizə təcili yardım lazımdır. Əgər bunu etməsəniz, Ukraynada mülki əhalinin həyatı və xəsarətlərinə görə məsuliyyəti bölüşməli olacaqsınız. Hansılar ki, Rusiya təyyarələrinin raket hücumları nəticəsində öldürülürlər" deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski də NATO-ya çağırış edərək alyansdan döyüş təyyarələri göndərməyi xahiş etmişdi. O, “Əgər səmanı bağlamağa gücünüz yoxdursa, mənə təyyarə verin” demişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna   Rusiya  



Xəbər lenti