Müharibənin 8 günü ərzində Kiyevdə 390 körpə doğulub

   Müharibənin 8 günü ərzində  Kiyevdə 390 körpə doğulub
  04 Mart 2022    Oxunub:1526
Kiyevdə son 8 gündə 390 körpə doğulub: 199 oğlan və 191 qız.
AzVision.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat verib. O qeyd edib ki, Kiyev müdafiə olunur, küçələrdə daha çox məhdudlaşdırıcı bloklar və tank əleyhinə maneələr var.

"Şəhərin xəstəxanaları lazım olan hər şeylə təmin olunub. Onlar işləyirlər. Həkimlər hazır vəziyyətdədir. Paytaxtın doğum evləri də işləyir və son 8 gündə Kiyevdə 390 körpə doğulub: 199 oğlan, 191 qız".

Eyni zamanda şəhər meri əlavə edib ki, Kiyev zooparkında Bayraktar adı verilən lemur doğulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Kiyev  



Xəbər lenti