Təl-Əvivdə rus təyyarələrinə Ukrayna bayrağı ilə işarə verirlər - VİDEO

   Təl-Əvivdə rus təyyarələrinə Ukrayna bayrağı ilə işarə verirlər -    VİDEO
  04 Mart 2022    Oxunub:2533
İsraildə hava limanının işçiləri Ukraynaya dəstək üçün maraqlı jest ediblər. Təl-Əviv hava limanında çalışan israillilər Rusiya təyyarəsinə Ukrayna bayrağı ilə yol göstəriblər.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Müharibə dünyanın ən böyük yük təyyarəsinə də məhv etdi - FOTOLAR
- Ukraynaya olan təcavüzün ilk günlərindən Avropa İttifaqı ölkələri Rusiya təyyarələrinə öz hava məkanına daxil olmasına qadağa qoyub. İsrail hələ də bu təşəbbüsə qoşulmayıb. Lakin israillilər işğalçılara qarşı çıxdıqlarını dəfələrlə nümayiş etdiriblər. Məsələn, bu günlərdə Təl-Əviv hava limanının işçiləri öz etirazlarını maraqlı şəkildə ifadə ediblər. Onlar Ukrayna bayrağı ilə Rusiya təyyarəsinə işarə veriblər.

Bununla bağlı yayılan videoda hava limanı işçilərinin bayraqla olan xidmətləri əks olunub. İşçilərdən biri mavi-sarı bayrağımızı dalğalandırır. Kameranı təyyarəyə doğru çevirdikdə isə onun üzərində Rusiya Federasiyasının simvollarının olduğunu görmək olar. Təl-Əviv hava limanının əməkdaşları Ukraynaya dünyəvi dəstəyi bir daha xatırladıblar. İşğalçılar indi heç yerdə xoş qarşılanmır, - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Ukrayna   Rusiya  



Xəbər lenti