"Ukraynada vəziyyət daha da pisləşəcək" - NATO

   "Ukraynada vəziyyət daha da pisləşəcək" -    NATO
  04 Mart 2022    Oxunub:1182
"Yaxın 2 gündə Ukraynada vəziyyət daha da pisləşəcək, ölən və yaralıların sayının artacaq”.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, NATO Rusiyanı dərhal öz qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb: “Biz Rusiya Prezidenti Vladimir Putini dərhal bu müharibəni dayandırmağa, öz qoşunlarını şərtsiz olaraq Ukraynadan çıxarmağa və əsl diplomatiya ilə məşğul olmağa çağırırıq”.

AzVision.az


Teqlər:



Xəbər lenti